İdman

gimnastikadan

başlayır

DÜNYA ÇEMPİONATININ KİŞİ İDMAN GİMNASTİKASI ÜZRƏ YARIŞLARI

27 oktyabr 2015

DÜNYA ÇEMPİONATININ KİŞİ İDMAN GİMNASTİKASI ÜZRƏ YARIŞLARI

Qızların ardınca, Qlazqoda keçirilən Dünya çempionatında kişi idman gimnastikası üzrə təsnifat yarışları keçirildi.

Azərbaycan təmsilçiləri Petro Paxnyuk və Oleq Stepko 30 oktyabr tarixində ən güclü  24 gimnastın qalib müəyyən edəcəyi çoxnövçülük finalına vəsiqə qazana bilmədilər. Buna baxmayaraq, qarşıya qoyulan minimum məqsədə nail olundu. Belə ki, Oleqin çoxnövçülük təsnifatında topladığı xal sayəsində, 1 Azərbaycan təmsilçisi Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparmaq üçün test turnirinə yollanacaq.

Xatırladaq ki, Rio-2016 Olimpiya Oyunlarına təsnifat qaydalarına əsasən, komanda tərkibində mübarizə aparmış idmançılardan sonra ilk 24 yeri tutmuş gimnastlar, gələn ilin aprel ayında həmçinin Olimpiadaya lisenziyaların oynanılacağı test turnirində iştirak etmək üçün Rio-de-Janeyro şəhərinə toplaşacaqlar.

Oleq Stepkonun parallel qollarda əldə etdiyi nəticə (15.7 xal) isə, ona 1 noyabr tarixində bu alət üzrə keçiriləcək finalda iştirak etmə imkanı verib.

Hazırki Dünya Çempionatı artıq Beynəlxalq Gimnastika Federasiyasının rəsmi məqaləsində qeyd olunan sensasiyalarla yadda qalıb.  Belə ki, məqaləyə əsasən, Londondakı qızıl çıxışlarından üç il sonra Epke Zonderland (Hollandiya), Artur Zanetti (Braziliya) və Kristian Berke (Macarıstan) Qlazqodakı idmançı kütləsində itərək, çempionatın finallarına vəsiqə qazana bilmədilər. Ən çox itirən gimnastika atı üzərində üçqat Dünya Çempionu Berkidir, çünki, o, ona Rio Olimpiya Oyunlarına lisenziya qazanmaq imkanı verəcək medal əldə etməyə ümid edirdi. İndi isə onun Oyunlara çatmaq üçün yalnız kiçik bir şansı var. Zonderland turnikdən aşağı enərkən yol verdiyi səhv ucbatından finallarda iştirak edə bilməyəcək, lakin Hollandiya idmançıları ilə aprel ayındakı Test Turnirində Oilmpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparmaq üçün ikinci şans əldə edəcək. Halqalar üzərində çıxışa görə toplanan xallar cüzi fərqlə bir-birinə o qədər yaxın idi ki, Londonda qızıl medalçılar arasında ən yaxşı çıxış nümayiş etdirmiş Zanetti finalda artıq oldu. Lakin bu üç idmançıdan ən çox onun bəxti gətirdi, çünki Braziliya komandası artıq Rioya vəsiqə qazanıb