05 mart 2024
Gənclər və İdman Nazirliyinin növbədənkənar Kollegiya iclası keçirilib.
Nazir Fərid Qayıbovun sədrliyi ilə baş tutan toplantıda 2024-cü il üçün "İdman səfirləri” seçilib.
Əvvəlcə namizədlərin təqdimatı olub. Hər bir namizəd özü və seçiləcəyi təqdirdə görəcəyi işlər barədə məlumat verib. Sonra səsvermə ilə 9 namizəd arasından aşağıdakı 5 nəfər 2024-cü il üçün “İdman səfiri” seçiliblər.
Sevindirici haldır ki, Avropa çempionatının gümüş və bürünc medalçısı, Tokio-2020 Olimpiya Oyunlarına lisenziya qazanan qrup komandasının üzvü, hazırda isə bədii gimnastika üzrə milli komandanın məşqçisi olan əməkdar idman ustası Aliyə Paşayeva da 2024-cü il üçün idman səfirləri sırasında yer alıb.