İdman

gimnastikadan

başlayır

Meymun Luici hər kəsə xoş əhval-ruhiyyə bəxş edir

20 may 2023

Meymun Luici hər kəsə xoş əhval-ruhiyyə bəxş edir

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatı gimnastika həvəskarlarına ulduz gimnastların möhtəşəm və valehedici çıxışlarını izləmək imkanı verir.
Avropa gimnastikasının maskotu olan Luici adlı meymun ictimaiyyətə və yarış iştirakçılarına xoş əhval-ruhiyyə bəxş edir.
O, öz nadinc hərəkətləri ilə təkcə tribunalardakı tamaşaçıları deyil, həm də gimnastları və hakimləri də ruhlandırır.
Qeyd edək ki, meymun Luicinin obrazını ABŞ-dan olan iki peşəkar aktyor Skott Hesinqton və Qaret Solomon canlandırır.