İdman

gimnastikadan

başlayır

MGA-da bölgə təmsilçilərinin iştirakı ilə məşqlər davam edir

22 dekabr 2022

MGA-da bölgə təmsilçilərinin iştirakı ilə məşqlər davam edir

Milli Gimnastika Arenasında  Göyçay və İsmayıllı Olimpiya İdman Komplekslərinin bədii gimnastika bölməsinin üzvlərinin iştirakı ilə təlim-məşq toplanışı keçirilir.  Dekabrın 24-dək davam edəcək məşqlərin təşkili bölgələrdə gimnastikanın inkişaf etdirilməsi, idmançıların hazırlıq səviyyəsinin gücləndirilməsidir. 
Qeyd edək ki, İsmayıllı Olimpiya İdman Kompleksində  2015-ci ildən, Göyçay Olimpiya İdman Kompleksində isə 2017-ci ildən bədii gimnastika bölməsi fəaliyyət göstərir.
Məlumat üçün bildirək ki, bölgələlərdə gimnastikanın inkişafı çərçivəsində müxtəlif regionlardan gimnastlar paytaxtda mütəmadi olaraq təlim-məşqlərdə iştirak edirlər.