16 fevral 2019
Bu gün, Milli Gimnastika Arenasında Batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku start götürüb.
Yarışlara ilk olaraq tamblinqçilərin çıxışları ilə başlanılıb. Elə bu idman növündə yeganə təmsilçimiz Mixail Malkin ilk çıxışında bir az həyəcanlansa da, növbəti çıxışını daha dəqiq yerinə yetirib. Bununla öz proqramını uğurla başa vuran Mixail, 74.900 xalla final mərhələsinə yüksəlib.
Qeyd edək ki, sabah baş tutacaq həlledici mərhələdə Azərbaycanla yanaşı, Ukrayna, Fransa, Rusiya və Qazaxıstandan olan gimnastlar medallar uğrunda mübarizə aparacaqlar.