17 fevral 2019
Bu gün, Milli Gimnastika Arenasında Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun final mərhələləri baş tutub.
Ən yaxşıların mübarizəsində tamblinqçimiz Mixail Malkin fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Təmsilçimiz gümüş medala 74.600 xalla sahiblənib. 1-ci və 3-cü yerlərdə isə Rusiya gimnastları qərarlaşıb. Belə ki, kubokun qızıl medalını Vadim Afanasev (75.100), bürünc medalını isə Maksim Rabikov (72.000) əldə edib.
Gimnastımız Mixail həmçinin, yarışlar boyunca ən yüksək icra xalını toplamaqla, ənənəvi AGF Trophy kubokuna da layiq görülüb.