İdman

gimnastikadan

başlayır

İDMAN GİMNASTİKASI ÜZRƏ MİXAİL VORONİN ADINA KUBOK

17 dekabr 2015

İDMAN GİMNASTİKASI ÜZRƏ MİXAİL VORONİN ADINA KUBOK

15-16 dekabr tarixlərində Moskva şəhərinin “Olimpiyskiy” idman kompleksində idman gimnastikası üzrə Mixail Voronin Kuboku adlı beynəlxalq turnir keçirilmişdir. Yarışa 23 ölkənin idmançıları qatılmışdır.

Qadın idman gimnastikası üzrə turnirdə Azərbaycanı Bakı 2015 İlk Avopa Oyunlarının iştirakçıları – Yuliya İnşina və Kristina Pravdina - təmsil etmişlər.

Ən yaxşı nəticəni Yuliya İnşina göstərmişdir. O, gimnastika tiri üzərində hərəkətlərdə 5-ci yerə layiq görülmüşdür.