İdman

gimnastikadan

başlayır

Milli Gimnastika Arenasında açıq qapı günləri keçirilib

04 fevral 2019

Milli Gimnastika Arenasında açıq qapı günləri keçirilib

Ötən həftə Bakının bir sıra özəl məktəbləri Milli Gimnastika Arenasının qonağı olub.

Arena tərəfindən təşkil olunan açıq qapı günlərində Baku Oxford School, British School, SABİS SUN International School və İdrak Liseyinin şagirdləri arenada qonaq olublar.  Keçirilən məşqlərlə və gimnastlar üçün yaradılmış şəraitlə tanış olan məktəblilər arenanın əsas və köməkçi zalını maraqla gəziblər. Gimnastların çıxışlarını böyük heyranlıqla izləyən uşaqlar, gimnastika alətlərindən də istifadə edərək, zalda əyləncəli vaxt keçirdiblər.

Azyaşlı uşaqlar arasında sağlam həyat tərzinin təbliği və gimnastika növlərinin tanıdılması məqsədilə həyata keçirilən açıq qapı günlərinə siz də qoşulun, gimnastlarımızı yaxından tanıyın!