İdman

gimnastikadan

başlayır

Milli yarışların ilk startı

14 fevral 2026

Milli yarışların ilk startı

Azərbaycan Gimnastika Federasiyası milli yarışlar mövsümünə start verib. Ənənəvi yarış məkanı olan Milli Gimnastika Arenasında batut gimnastikası üzrə 10-cu, tamblinq üzrə 22-ci Bakı birinciliyi keçirilib.

Yarışda müxtəlif yaş kateqoriyalarını təmsil edən idmançılar hər iki gimnastika növü üzrə qalibiyyət uğrunda böyük əzmkarlıq nümayiş etdiriblər. Batut gimnastikası üzrə gimnastlar kiçiklər (2016–2018), uşaqlar (2013–2015), yeniyetmələr (2011–2012) və gənclər (2009–2010) yaş kateqoriyalarında həm fərdi, həm də sinxron proqramlarda çıxış edərək öz bacarıqlarını sərgiləyiblər. İştirakçıların çıxışları yüksək texniki səviyyə, koordinasiya və artistikliklə yadda qalıb.

Tamblinq üzrə yarışlarda isə uşaqlar (2016–2018), yeniyetmələr (2014–2015) və gənclər (2010–2013) yaş kateqoriyalarında idmançılar dinamik və mürəkkəb elementlərlə zəngin proqramlar təqdim ediblər. 

Yarışlar idmançılar üçün həm təcrübə qazanmaq, həm də yeni mövsümə inamlı başlamaq baxımından mühüm əhəmiyyət daşıyıb. 

Beləliklə, yerli yarışlar mövsümünün ilk startı uğurla başa çatıb.

Qalibləri və bütün iştirakçıları təbrik edir, gələcək yarışlarda onlara yeni nailiyyətlər arzulayırıq!