İdman

gimnastikadan

başlayır

Millimiz Belarusdan 4 medalla qayıtdı

29 iyul 2024

Millimiz Belarusdan 4 medalla qayıtdı

26-28 iyul tarixlərində Belarusun Minsk şəhərində bədii gimnastika üzrə “Crystal Rose – Helen Valery” adlı qran-pri yarışı keçirilib. Turnirdə təmsilçilərimiz Cəfərova Zəhra (böyüklər), Ağahüseynova Şəms (gənclər), Atakişiyeva Azadə (yeniyetmələr), Sadıqova Nur (yeniyetmələr) iştirak ediblər. Gənc fərdi gymnast Ağahüseynova Şəms yarışa 3 medalla yekun vurub. O, top (29,000), gürzlər (28,300) və lent (27,600) proqramlarının hər birindən bürünc medal götürüb. Yeniyetmələrin yarışında isə Azadə Atakişiyeva fəxri kürsüyə yüksəlib. O, halqa ilə (29,450) çıxışına görə bürünc medala layiq görülüb. Beləliklə, milli komandamız Minskdə keçirilən beynəlxalq turnirə 4 bürünc medalla yekun vurub.