İdman

gimnastikadan

başlayır

Mingəçevir bədii gimnastları paytaxtımızda təlim-məşq toplanışında iştirak edirlər 

27 oktyabr 2022

Mingəçevir bədii gimnastları paytaxtımızda təlim-məşq toplanışında iştirak edirlər 

Oktyabrın 24-də Mingəçevir Kür Olimpiya Tədris-İdman Mərkəzinin bədii gimnastika üzrə komandası Milli Gimnastika Arenasında keçirilən təlim-məşq toplanışlarında iştirak etmək üçün paytaxtımıza səfər edib. Məşqlərin təşkilində məqsəd idmançıların hazırlıq səviyyəsinin gücləndirilməsi, eləcə də 8-11 dekabr tarixlərində Şəki şəhərində keçiriləcək Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illik yubileyinə həsr olunmuş birgə yarışlar çərçivəsində təşkil ediləcək bədii gimnastika üzrə 27-ci Azərbaycan birinciliyinə hazırlıq xarakteri daşıyır. 
Qeyd edək ki, Mingəçevir Kür Olimpiya Tədris-İdman Mərkəzində bədii gimnastika bölməsi 2016-cı ildən fəaliyyət göstərir. Bölmədə 86 gimnast məşğul olur. 
Bölgələlərdə gimnastikanın inkişafı çərçivəsində müxtəlif regionlardan gimnastların paytaxtda mütəmadi olaraq təlim-məşqlərdə iştirakı nəzərdə tutulur.