03 may 2025
2-3 may tarixlərində Misirin paytaxtı Qahirə şəhərində təşkil olunan bədii gimnastika üzrə “Pharaoh’s Cup” adlı beynəlxalq turnirdə ölkəmizi uğurla təmsil edən gimnastımızdan sevindirici xəbər var. Bədii gimnastika üzrə milli komandamızın gənc və istedadlı üzvü Fidan Qurbanlı gürzlər proqramında yüksək nəticə göstərərək 25.100 xal toplayıb və gümüş medala layiq görülüb.
Fidan Qurbanlını və məşqçi heyətini bu əlamətdar nailiyyət münasibətilə təbrik edir, gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq!