21 noyabr 2021
Bakıda ilk dəfə keçirilmiş Batut Gimnastikası üzrə 35-ci Dünya Çempionatında Azərbaycan təmsilçisi Avropa çempionu Mixail Malkin gümüş medal qazanıb.
Tamblinq cığırında keçirilmiş final yarışlarında Mixail hakimlərdən 76.300 xal alaraq fəxri kürsünün 2-ci pilləsinə yüksəlib.
Birinci yerdə Rusiya təmsilçisi Aleksand Lisitsin (80.000 xal), üçüncü yerdə isə ABŞ təmsilçisi Kaden Braun (75.400 xal) qərarlaşıb.
Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.