İdman

gimnastikadan

başlayır

Monteneqroda medallı həftəsonu

30 sentyabr 2024

Monteneqroda medallı həftəsonu

Bədii gimnastikası üzrə Аzərbaycanı təmsil edən idmançılar 26-29 sentyabr tarixlərində Monteneqronun Budva şəhərində keçirilmiş Balkan kubokunda bir neçə mükafat əldə etdilər. Böyüklər yaş kateqoriyasında çıxış edən Zəhra Cəfərova üç qızıl medal qazandı. O, top, lent və çoxnövçülük proqramında qalib oldu. Gənclər arasında Şəms Ağahüseynova üç qızıl medal əldə etdi. O, Zəhra ilə eyni alətlər (top, lent və çoxnövçülük) ilə çıxışda  birinci oldu. Yeniyetmələr yaş kateqoriyasında çıxış edən Nur Sadiqova gürzlərlə çıxışda ikinci, Məryəm Baloğlanova isə eyni alətlə çıxışda bürünc medal qazandı. Qızlarımızı bu uğur münasibətilə təbrik edir və növbəti beynəlxalq yarışlarda uğurlar arzulayırıq!