İdman

gimnastikadan

başlayır

Monteneqroda medallı həftəsonu

24 noyabr 2025

Monteneqroda medallı həftəsonu

19-25 noyabr tarixlərində Monteneqronun Budva şəhərində bədii gimnastika üzrə beynəlxalq yarış keçirilib. Yarışda ölkəmizi təmsil edən gimnastlarımız uğurlu nəticələr əldə ediblər.
Belə ki, gənclərdən ibarət komanda hesabında İlahə Bahadirova, Nur Sadıqova və Fidan Qurbanlı 1-ci yer, böyüklərdən ibarət komanda hesabında Zəhra Cəfərova və İlona Zeynalova 2-ci yerin sahibi olublar. Fərdi proqramda isə Nur Sadıqova top ilə 1-ci yer, halqa, gürzlər və çoxnövçülük üzrə 2-ci yer, İlahə Bahadirova top ilə 3-cü yer, Gövhər İbrahimova lent ilə 3-cü yer, Zəhra Cəfərova isə gürzlərlə proqramda 3-cü yerə layiq görülüblər.  

Gimnastlarımızı təbrik edirik!