İdman

gimnastikadan

başlayır

Monteneqrodan 6 medal

20 sentyabr 2021

Monteneqrodan 6 medal

Monteneqronun Budva şəhərində keçirilmiş bədii gimnastika üzrə “Wild Beauty Cup” adlı beynəlxalq turnirdə gimnastlarımız ümumilikdə 6 medal qazanıblar.

Yarışda fəxri kürsünün hər üç pilləsində yer alan Kamilla Seyidzadə komanda hesabına ən çox medal yazdıran gimnast olub. Belə ki, o, lentlə icra etdiyi çıxışı ilə bütün rəqiblərini üstələyərək, “qızıla” layiq görülüb. Gürzlərlə gümüş, çoxnövçülük və halqa ilə yerinə yetirdiyi proqrama görə istedadlı gimnastımız bürünc medal qazanıb.

Kamilla daha bir bürünc medalı isə Alina Gözəlova ilə birlikdə komanda hesabında əldə edib. Alina öz növbəsində topla nümayiş etdirdiyi çıxışına görə də “bürünc”ə sahiblənib.

Yarışda iştirak edən digər təmsilçimiz Fəxriyyə Əliyeva ən yaxşı nəticəsini topla nümayiş etdirərək, 5-ci yerdə qərarlaşıb.

Bütün gimnastlarımızı təbrik edirik!