19 mart 2025
Fatimə Şəfizadə Azərbaycan Gimnastika Federasiyasının Baş katibi təyin olunub. O, 26 mart 2025-ci ildən etibarən Baş katib vəzifəsində fəaliyyət göstərəcək.
O, müxtəlif illərdə gimnast və bədii gimnastika üzrə məşqçi kimi fəaliyyət göstərib. 2015-ci ildən etibarən isə Azərbaycan Gimnastika Federasiyasında müxtəlif vəzifələrdə çalışıb.
Fatimə xanımı təbrik edir, yeni vəzifəsində uğurlar arzulayırıq!