14 mart 2017
6-9 fevral tarixlərində Bakıda kişi idman gimnastikası üzrə beynəlxalq hakimlik kursları təşkil olunub.
Seminarda iştirak edən Azərbaycan təmsilçiləri Xəlil Hüseynov, Əhməd Ağayev 3-cü, Uğur Xəlilbəyli və Şakir Şıxaliyev isə 4-cü hakimlik dərəcəsi əldə ediblər.
Xatırladaq ki, kişi idman gimnastikası üzrə azərbaycanlı hakim Rza Əliyev ən yüksək - 1-ci dərəcəli beynəlxalq hakimlik kateqoriyasının sahibidir.
Bu kateqoriyalar hazırki Olimpiya dövrü ərzində (2017-2020) qüvvədə olacaq.