İdman

gimnastikadan

başlayır

Aerobika üzrə yığmamız Portuqaliyada

29 may 2017

Aerobika üzrə yığmamız Portuqaliyada

Bu həftəsonu, aerobika üzrə yığma komandamızın üzvləri Kantanedidə (Portuqaliya) təşkil olunmuş Dünya Kubokunda iştirak ediblər.

18 ölkədən idmançıların qatıldığı turnirdə Azərbaycan təmsilçiləri 3 proqram üzrə çıxış ediblər. Fərdi yarışlarda mübarizə aparan gimnastımız Vladimir Dolmatov 19.850 xalla 11-ci yerdə qərarlaşıb. Qarışıq cütlükdə Vladimir, Nərminə Hüseynova ilə birgə çıxış edib və onlar 11-ci yerlə (17.700) kifayətləniblər.

Təmsilçilərimizdən ən yaxşı nəticəni “trio” olaraq çıxış edən Elçin Məmmədov, Emil Quliyev və İmran İmranov  göstərib. Üçlüyümüz final mərhələsində 19.750 xal toplayaraq, turniri 5-ci yerdə başa vurublar.