İdman

gimnastikadan

başlayır

Dünya çempionatının yeni tarixləri açıqlandı

15 iyun 2020

Dünya çempionatının yeni tarixləri açıqlandı

Təxirə salınmış aerobika gimnastikası üzrə dünya çempionatı və dünya yaş qrupları yarışlarının yeni tarixləri açıqlanıb.

COVID-19 pandemiyası səbəbi ilə 2021-ci ilə keçirilmiş yarışların yeni tarixləri ilə bağlı qərar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Icra Komitəsinin bu gün video-konfrans formatında keçirilmiş iclasında qəbul edilib.

Beləliklə, aerobika gimnastikası üzrə 9-cu dünya yaş qrupları yarışlarının növbəti ilin 21-23 may, 16-cı dünya çempionatının isə 27-29 may tarixlərində keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, dünya yaş qrupları yarışları cari ilin 8-10 may, dünya çempionatı 14-16 may tarixlərində Milli Gimnastika Arenasında təşkil edilməli idi. Lakin, pandemiya ilə əlaqədar digər yarışlar kimi bu yarışlar da təxirə salınmışdı.