21 yanvar 2021
Azərbaycanın qadın idman gimnastikası üzrə yığma komandasına yeni Baş məşqçi, Belarus mütəxəssisi Olqa Barkalava təyin olundu.
Belə ki, O.Barkalava 22 ildir ki, qadın idman gimnastikası üzrə məşqçilik fəaliyyəti ilə məşğul olur. Son 6 il ərzində Belarus millisinin məşqçisi kimi fəaliyyət göstərib.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə təyinatından sonra verdiyi müsahibəsində Olqa Barkalava öz təəssüratlarını bölüşmüşdür. “Yığma komandanın məşq etdiyi zalda oldum. Gimnastlarla tanış oldum. İdman gimnastikasının inkişafı üçün burada hər cür şərait var. Çox gözəl məşq zalıdır. Mənə göstərilən etimada görə çox minnətdaram və çalışacağam ki, Azərbaycanın qadın idman gimnastları Avropa və dünya arenasında güclü rəqabət aparmaq bacarığına malik olsunlar”.