18 oktyabr 2016
Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 25-ci il dönümündə Azərbaycan Gimnastika Federasiyası (AGF) öz işinə sevindirici xəbərlə başladı.
Belə ki, Yaponiyanın paytaxtı Tokioda keçirilən Beynəlxalq Gimnastika Federasiyasının (FIG) seçki xarakterli 81-ci Konqresində alınmış qərara əsasən, həmin təşkilatın növbəti Konqresinin keçirilməsi ilk dəfə olaraq AGF-yə həvalə olunub.
2018-ci ilin 2-3 dekabr tarixində Bakıda təşkil olunacaq FIG-nin Ali Orqanı sayılan Konqresində sözügedən quruma üzv olan federasiyaların nümayəndələri və şura üzvləri iştirak edəcəklər.
Xatırladaq ki, 2017-ci ildə paytaxtımız FIG-nin Şura İclasını da qəbul edəcək.