İdman

gimnastikadan

başlayır

Nikita Simonov Dünya kubokunda bürünc medal qazandı

14 mart 2026

Nikita Simonov Dünya kubokunda bürünc medal qazandı

10–16 mart tarixlərində Türkiyənin Antalya şəhərində idman gimnastikası üzrə Dünya Kuboku keçirilir. Bu yarışda ölkəmizi Dəniz Əliyeva, Nazənin Teymurova, Rəsul Əhmədzadə, Aydın Əlizadə və Nikita Simonov təmsil edirlər.

Təsnifat mərhələsinin nəticələrinə əsasən Nikita Simonov sevimli proqramı olan halqalarda final mərhələsinə yüksəlib. Finalda 14.100 xal toplayan gimnastımız bürünc medalın sahibi olub.

Gimnastımızı təbrik edirik!