İdman

gimnastikadan

başlayır

Nikita Simonov mövsümə gümüş medalla start verdi

21 fevral 2026

Nikita Simonov mövsümə gümüş medalla start verdi

19-22 fevral tarixlərində Almaniyanın Kotbus şəhərində İdman gimnastikası üzrə Dünya kuboku keçirilib. Kubokda ölkəmizi Nikita Simonov, Nazənin Teymurova, Xədicə Abbaszadə, Dəniz Əliyeva, Rəsul Əhmədzadə və Aydın Əlizadə təmsil ediblər. 
Təsnifat mərhələsinin nəticələrinə əsasən Nikita Simonov halqalar proqramında 2-ci yerdə final mərhələsinə yüksəlməyi bacarıb və finalda o gümüş medalın qalibi olub. 

Gimnastımızı təbrik edirik!