İdman

gimnastikadan

başlayır

Nikita Simonovdan daha bir uğur

28 aprel 2025

Nikita Simonovdan daha bir uğur

25-28 aprel tarixlərində Misirin Qahirə şəhərində keçirilən kişi idman gimnastikası üzrə Dünya kubokunda idmançımız Nikita Simonov halqalarla hərəkətlərin icrasında 14.333 xalla gümüş medal qazanıb.

Bununla yanaşı, o, Beynəlxalq Gimnastika Federasiyası tərəfindən "Dünya kuboku seriyasının qalibi" adına layiq görülüb. Nikita bu mövsüm ərzində ardıcıl olaraq Kottbus, Osiyek, Antalya, Bakı və Qahirədə keçirilən Dünya kuboklarında sabit və yüksək nəticələr göstərərək bu nüfuzlu seriyanın qalibi olmağı bacarıb.

Gimnastımızı bu uğuru münasibətilə ürəkdən təbrik edir, gələcək yarışlarda daha böyük nailiyyətlər arzulayırıq!