İdman

gimnastikadan

başlayır

Nikita Simonovdan gümüş sevinci

23 fevral 2025

Nikita Simonovdan gümüş sevinci

20-23 fevral tarixlərində Almaniyanın Kotbus şəhərində keçirilən “İdman gimnastikası üzrə Dünya kuboku”nda millimizin üzvü Nikita Simonov da iştirak edib. Təcrübəli gimnast Nikita Simonov halqalarla proqramda yüksək peşəkarlıq nümayiş etdirərək gümüş medala sahib olub.

Dünya kubokunun gərgin və rəqabətli keçən final mərhələsində Nikita Simonov ustalığı və texniki incəliyi ilə seçilərək hakimlərdən yüksək xal toplayıb. Bu uğur onun beynəlxalq arenada güclü rəqiblərlə mübarizə aparmaq bacarığını bir daha sübut edib.

Gimnastlarımızı təbrik edir, növbəti yarışlarda uğurlar arzulayırıq!