İdman

gimnastikadan

başlayır

Novi Sadda gimnastlarımızdan parlaq uğur

07 dekabr 2025

Novi Sadda gimnastlarımızdan parlaq uğur

5–7 dekabr tarixlərində Serbiyanın Novi Sad şəhərində idman gimnastikası üzrə beynəlxalq turnir keçirilib. Turnirdə iştirak edən gimnastlarımız yüksək nəticələr əldə ediblər.

Çoxnövçülük proqramında Lalə 44.400 xalla 1-ci, Loyko Milana 43.450 xalla 2-ci, İlham Salayev 69.300 xalla 1-ci, Əli Xəlilov isə 64.750 xalla 2-ci yeri tutublar.

Turnirin ikinci günündə də gimnastlarımız uğurlu çıxışlarını davam etdiriblər. Belə ki, İlham Salayev sərbəst hərəkətlərdə 13.000 və halqalarda 11.750 xalla 1-ci yerə, dəstəli atda 11.900 xalla 2-ci yerə, dayaqlı tullanmada isə 11.325 xalla 3-cü yerə layiq görülüb. Miriyusif Əhmədzadə dəstəli atda 12.900 və paralel qollarda 11.400 xalla 1-ci yeri qazanıb. Əli Xəlilov sərbəst hərəkətlərdə 12.300 xalla 1-ci olub. İgidali Coşgun paralel qollarda 11.200 xalla 2-ci, halqalarda 10.900 xalla 3-cü yeri tutub. Mahir Səlimov sərbəst hərəkətlərdə 12.500 xalla 2-ci yeri qazanıb. Lalə Zamanlı müxtəlif hündürlüklü qollarda 10.350 xalla 2-ci, Milana Loyko isə dayaqlı tullanmada 11.850 xalla 3-cü yeri əldə edib.

Bundan əlavə, kişi idman gimnastlarımız komanda hesabında 196.450 xalla 2-ci, qarışıq komanda hesabında isə 240.850 xalla 3-cü yerə layiq görülüblər.

Gimnastlarımızı təbrik edirik!