İdman

gimnastikadan

başlayır

Oleqin “gümüşü”

19 iyun 2015

Oleqin “gümüşü”

Azərbaycan gimnastı Oleq Stepko Bakıda keçirilən 1-ci Avropa Oyunlarının kişi idman gimnastikası üzrə çoxnövçülük finalında gümüş medal qazanmışdır. Bu ölkəmizin idman gimnastıkası üçün həqiqətən tarixi bir hadisədir.

Gimnastımız Oleq Stepko, Oleq Vernyayev (Ukrayna) və Nikita İqnatyev (Rusiya) arasında gərgin mübarizə qeydə alınmışdır. Oleq əsl mübariz idmançı olduğunu sübut edərək, bütün turnir marafonu boyunca qüsursuz çıxışlar nümayiş etdirmişdir. Qeyd edək ki, bu artıq Oleqin Avropa Oyunlarında əldə etdiyi ikinci medalıdır.

Oleq Stepkoya medalın 1-ci Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban xanım Əliyevanın təqdim etməsi əlamətdar oldu.

Bütün idman və gimnastika həvəskarlarını bu gümüş medalla təbrik edirik!

Oleq 20 iyun tarixində keçiriləcək dörd final mərhələsindəki çıxışları ilə hələ də tamaşaçıları sevindirəcək.

Sonda qeyd etmək istərdik ki, ölkəmizdə yenicə inkişafına başlamış qadın idman gimnastikasında isə, çoxnövçülük finalında ölkəmizi Marina Nekrasova təmsil edərək, 15-ci yerdə qərarlaşmışdır.