İdman

gimnastikadan

başlayır

Akrobatlarımızdan Avropa Çempionatında daha bir bürünc

31 oktyabr 2019

Akrobatlarımızdan Avropa Çempionatında daha bir bürünc

Akrobatika gimnastikası üzrə İsrailin Holon şəhərində keçirilən Avropa Çempionatında yığma komandanın üzvləri medallar qazanmağa davam edirlər.

Yarışların ikinci günündə növbəti medal xəbəri qarışıq cütlük tərkibində böyüklər yaş qrupunda çıxış edən Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlıdan gəldi. Balans hərəkətləri üzrə final  çıxışlarına görə 28.130 xal alan gimnastlar bürünc medala layiq görülüblər.

Bu gün böyüklər arasında çıxış edən Seymur Cəfərov və Murad Əkpərovdan ibarət kişi cütlüyü isə temp hərəkətlərinin finalında 6-cı yerdə qərarlaşıb.