İdman

gimnastikadan

başlayır

Zöhrədən daha bir gümüş medal

13 iyul 2019

Zöhrədən daha bir  gümüş medal

Bu gün, Neapol şəhərində (İtaliya) keçirilən 30-cu Yay Universiadasında bədii gimnastika üzrə final yarışları baş tutub.

Ötən gün çoxnövçülük üzrə gümüş medal qazanan gimnastımız Zöhrə Ağamirova, bu gün də uğurlu çıxışı ilə medala qazanmağa müvəffəq olub. Belə ki, Zöhrənin gürzlərlə icrasının 20.200 xalla dəyərləndirilməsi ona daha bir gümüş medal qazandırıb.

Bununla da, Azərbaycan gimnastika komandası Universiadanı qadın idman gimnastımız Marina Nekrasovanın 1 qızıl və bədii gimnastımız Zöhrə Ağamirovanın 2 gümüş medalı ilə başa vurub.