İdman

gimnastikadan

başlayır

Akrobatlarımız beynəlxalq turnirdə 2 medal qazandı

17 sentyabr 2018

Akrobatlarımız beynəlxalq turnirdə 2 medal qazandı

Ötən həftəsonu Rusiyanın Velikiy Novqorod şəhərində ənənəvi “Zolotov Cup” adlı beynəlxalq turnir keçirilib.

Ölkəmizi bu yarışda  iki kişi cütlüyü - Seymur Cəfərov və Murad Əkpərov,  Daniel Abbasov və Murad Rəfiyev, həmçinin qarışıq cütlüyümüz Abdulla Əl - Məşayxi və Ruhidil Qurbanlı təmsil ediblər.

Ötən il olduğu kimi gimnastlarımız bu il də “Zolotov Cup”da uğurlu çıxışları ilə yadda qalıblar. Belə ki, Daniel və Murad cütlüyü 12-18 yaş kateqoriyasında 81.750 xalla yarışın gümüş medalını qazanıblar. Komanda yoldaşlarından geri qalmayan qarışıq cütlüyümüz Abdulla və Ruhidil isə 72.590 xalla bürünc medala sahibləniblər.

Seymur və Murad cütlüyü  isə medalın bir addımlığında qərarlaşıblar.