İdman
gimnastikadan
başlayır
24 aprel 2017
Ötən həftə Yaponiyanın paytaxtında aerobika gimnastikası üzrə “SUZUKI WORLD CUP” yarışı keçirilib.
Turnirdə üçlük olaraq çıxış edən gimnastlarımız Elçin Məmmədov, İmran İmranov və Emil Quliyev 18.050 xalla 10-cu yerdə qərarlaşıblar.
Digər gimnastımız Vladimir Dolmatov kişilərin fərdi yarışında 20.150 xal toplayaraq 9-cu, komanda yoldaşı Nərminə Hüseynova ilə bərabər qarışıq cütlük proqramında isə 12-ci yerlə (17.600) kifayətləniblər.