İdman

gimnastikadan

başlayır

İdman gimnastlarımız Dünya Kubokunda çıxış ediblər

05 sentyabr 2017

İdman gimnastlarımız Dünya Kubokunda çıxış ediblər

Ötən həftəsonu (1-3 sentyabr), Bolqarıstanın Varna şəhərində kişi və qadın idman gimnastikası üzrə Dünya Kuboku mərhələsi baş tutub.

20 ölkədən idmançıların qatıldığı turnirdə Azərbaycanı Murad Ağarzayev, Bence Talas, Yulia İnşına, Marina Nekrasova və Yekaterina Tişkova təmsil ediblər.

İdmançılarımızdan Bence halqalarda finala keçməyi bacarsa da, yekunda 13.700 xalla 8-ci olub. Qızlarımızdan ən yaxşı nəticəni Yulia göstərib. Onun sərbəst hərəkətlərlə çıxışı 12.550 xalla qiymətləndirilib və gimnastımız 5-ci pillədə qərar tutub. Dayaqla tullanma hərəkətlərində də final mərhələsində çıxış edən Yulia 6-cı, komanda yoldaşı Marina isə 8-ci olub. Marinanın müxtəlif hündürlüklü qollardakı final çıxışı 8-ci, eyni zamanda Yulianın gimnastika tirində yekun çıxışı 8-ci yerlə nəticələnib.