25 noyabr 2018
Ötən həftəsonu Almaniyanın Kotbus şəhərində idman gimnastikası üzrə Dünya Kuboku baş tutub.
20-dən çox ölkənin iştirak etdiyi turnirdə Azərbaycanı milli komandamızın üzvləri İvan Tixonov və Nikita Simonov təmsil ediblər. Gimnastlarımızdan ən yaxşı nəticəni Nikita göstərib. O, halqalarda 14.266 xal toplayaraq, 12-ci yerdə qərarlaşıb. Komanda yoldaşı İvan isə dəstəli at üzərində çıxışına görə 38 idmançı arasında 13-cü olub (13.733 xal).