İdman

gimnastikadan

başlayır

GİMNASTIMIZ DÜNYA KUBOKU MƏRHƏLƏSİNDƏ ÜÇÜNCÜ OLUB

14 may 2012

GİMNASTIMIZ DÜNYA KUBOKU MƏRHƏLƏSİNDƏ ÜÇÜNCÜ OLUB

Azərbaycan gimnastı Aliyə Qarayeva Fransanın Korbey-Esson şəhərində keçirilən Dünya Kuboku mərhələsində üçüncü yeri tutub.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin məlumatına görə, milli komandanın lideri topla hərəkətlər üzrə finalda bürünc medal qazanıb.

Yeganə mükafat Rusiya və Belarus gimnastları ilə rəqabət zamanı əldə edilib. Mükafat yayda keçiriləcək mühüm yarış ərəfəsində çox əhəmiyyətlidir.

Gimnastının sözlərinə görə, Fransada keçirilən bütün son yarışlar ona hər dəfə uğur gətirib. "Martda Tye şəhərində Qran-pri mərhələsində mən ikinci yeri tutdum, əlbəttə ki, ötən il Monpelyedə dünya çempionatında mən ilk dəfə çöxnövçülük üzrə üçüncü oldum", Qarayeva deyib.

Dünya Kuboku mərhələsinin ikinci iştirakçısı Lalə Yusifova çoxnövçülükdə 22-ci yeri tutub.

Onun yaşıdı və yeniyetmələrin qrup komandasında keçmiş rəfiqəsi Ayşə Mustafayeva Gürcüstanda beynəlxalq turnirdə iştirak edib. 16 yaşlı bakılı gimnast Tbilisidə gürzlərlə tapşırığı yerinə yetirərkən özünün ən yaxşı nəticəsini göstərərək 4-cü yeri tutub.

Azərbaycanın həm fərdi, həm də qrup proqramları ilə təmsil olunacağı Nijni Novqoroddakı (1-3 iyun) Avropa çempionatının başlamasına iki həftə qalmış ölkə gimnastları Daşkənddə Dünya Kubokunun növbəti mərhələsində və yeniyetmələr üçün turnirdə, eləcə də Moskvada "Alina-2012" beynəlxalq festivalının final mərhələsində çıxış edəcəklər.