İdman

gimnastikadan

başlayır

İdman gimnastlarımız Tiflisdən medallarla qayıdır

17 oktyabr 2017

İdman gimnastlarımız Tiflisdən medallarla qayıdır

Kişi idman gimnastikası üzrə yığma komandamızın gənc üzvləri 12-16 oktyabr tarixlərində Tiflis şəhərində (Gürcüstan) baş tutan beynəlxalq turnirdə iştirak ediblər.

Komandamızın hesabına ilk medalı Cavidan Babayev yazdırıb. O, sərbəst hərəkətlərdə 12.766 xal toplayaraq, turnirin gümüş medalına sahiblənib. İdmançımız növbəti uğurlu çıxışını halqalarda icra edərək, bürünc medal (12.666) qazanıb.

Təmsilçilərimizdən Səməd Məmmədli də yarışları 2 medalla başa vurub. Gimnastımız dəstəli atda gümüş (12.966), turnikdə isə bürünc medal (12.200) əldə edib.

Komanda yoldaşlarından geri qalmayan Sərvər Əliyev də yığmamızın hesabına parallel qollarda gümüş medal (13.033) yazdırıb.

Gimnastlarımız yarışları ümumi hesabda 3 gümüş, 2 bürünc medalla başa vurublar.