İdman

gimnastikadan

başlayır

Gimnastlarımız Avropa Çempionatının finalında

25 sentyabr 2017

Gimnastlarımız Avropa Çempionatının finalında

Artıq bir neçə gündür ki, Ankona şəhəri (İtaliya) Aerobika Gimnastikası üzrə 10-cu Avropa Çempionatına ev sahibliyi edirdi. Turnirdə iştirak edən milli komnadamız ilk dəfə olaraq, 3 proqramda təmsil olunmuş və hər 3 kateqoriya üzrə finala yüksəlməyi bacarmışlar.

Ötən gün baş tutan final oyunlarında fərdi proqramda ölkəmizi Vladimir Dolmatov təmsil edib. Gimnastımız 20.950 xalla 7-ci pillədə qərarlaşıb. “Trio”da isə Elçin Məmmədov və Emil Quliyev Vladimirlə bərabər çıxış ediblər. Komandamız bu proqramda 8-ci yerlə (20.350) kifayətlənib.

Yığmamızın ən maraqlı və həyəcanlı çıxışlarından biri də Nərminə Hüseynova, Elçin Məmmədov, Ruslan Eyvazov, Nigar Həsənova, Aliyə Paşayeva, Zeynəb Hümmətova, Akif Kərimli və Nigar İbrahimbəylinin “Aero Dance” proqramında icra etdikləri kompozisiya olub. Gimnastlarımız milli musiqimizin ritmləri üzərində qurulan elementləri peşəkarcasına yerinə yetirərək, yekun mərhələdə 5-ci olublar.