İdman

gimnastikadan

başlayır

Gimnastlarımız 2022-ci ilin dekabr ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəlində liderliyini qoruyub saxlayır

01 dekabr 2022

Gimnastlarımız 2022-ci ilin dekabr ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəlində liderliyini qoruyub saxlayır

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır. 
Ümumilikdə 193 pillədən ibarət reytinq sıralamasının 13 pilləsində gimnastlarımız yer alıblar. Sevindirici haldır ki, təmsilçilərimiz bu dəfə də liderliyi əldən verməyiblər. Belə ki, gimnastlarımız ötən ayın reytinq cədvəlindəki mövqeyini qoruyub saxlayıblar. 
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət yığma komandası 685 xalla 1-ci, gimnastımız Zöhrə Ağamirova 640 xalla 2-ci, idman gimnastikası üzrə təmsilçimiz İvan Tixonov 390 xalla üçüncü pillədə yer alıb. Daha bir idman gimnastımız Nikita Simonov isə 275 xalla 7-ci pillədə qərarlaşıb. 


Azərbaycan idmançılarının 2022-ci ilin noyabr ayına olan reytinq cədvəlinə baxmaq üçün aşağıdakı linkə daxil olun:

reytinq-noyabr-2022-qisa.pdf (YÜKLƏ)

Azərbaycan idmançılarının 2022-ci ilin noyabr ayına olan ətraflı (yarışlar və qazanılmış xallarla) reytinq cədvəlinə baxmaq üçün aşağıdakı linkə daxil olun:

reytinq-noyabr-2022-genish.pdf (YÜKLƏ)


Növlər üzrə reytinq hesablanma cədvəllərinə baxmaq üçün aşağıdakı linkə daxil olun:

reytinq_xal_hesablama_cdvli.pdf (YÜKLƏ)