15 iyul 2019
Ötən həftə Avstriyanın Dornbirn şəhəri 16-cı Dünya Gimnastradasına ev sahibliyi edib. 5 qitənin 66 ölkəsindən 20 minə yaxın iştirakçını bir araya toplayan gimnastika festivalında Azərbaycan təmsilçiləri də iştirak ediblər.
Gimnastika növləri üzrə yığma komandalarımızın üzvləri - Nərminə Hüseynova, Elçin Məmmədov, Daniel Abbasov, Murad Rəfiyev, Sərvər Əliyev, Simarə Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova, Emiliya Nurəliyeva, Ruslan Eyvazov, Seymur Cəfərov, Murad Əkpərov və Sənan Mahmudludan ibarət komandamız ilk öncə festivalın açılış mərasimində çıxış ediblər. Daha sonra onlar bu günlər ərzində 3 dəfə müxtəlif arenalarda öz çıxışlarını nümayiş etdiriblər və gimnastlarımızın performansları ayaqüstə alqışlarla qarşılanıb.
Hər dörd ildən bir keçirilən, yaşı, cinsi, irqi, dini və sosial vəziyyətdən asılı olmayaraq, hər kəsi bir araya gətirən Dünya Gimnastrada festivalında Azərbaycan komandası artıq ikinci dəfədir təmsil olunub.