İdman

gimnastikadan

başlayır

Batutçumuzdan növbəti uğur

19 mart 2017

Batutçumuzdan növbəti uğur

Bu həftəsonu Niderlandın Alsmer şəhərində batut gimnastikası üzrə “Flower Cup” adlı beynəlxalq turnir yekunlaşıb.

Yarışlarda Azərbaycanı fərdi proqramda kişi batutçular Oleq Piunov, İlya Qrişunin, qadın batutçular Svetlana Makştaryova və Veronika Zemlyanaya təmsil ediblər.

Final mərhələsinə qədər yüksəlməyi bacaran idmançımız Svetlana Makştaryova finalda hakimlərdən 52.505 xal alaraq turnirin qızıl medalına sahiblənib.