İdman

gimnastikadan

başlayır

Gənclərdən ibarət qrup komandamız vətənə medalla qayıdır

18 noyabr 2018

Gənclərdən ibarət qrup komandamız vətənə medalla qayıdır

Dünən, İsrailin Ramat-Qan şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir yekunlaşıb.

Bu yarışda ölkəmizi təmsil edən gənclərdən ibarət qrup hərəkətləri komandamız (Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Nəzrin Cəfərzadə, Selcan Hacızadə, Milana Əkbərova, Ləman Əlimuradova) qızıl medal qazanıb.

Qızlarımız öz kompozisiyalarını səhvsiz icra edərək, hakimlərdən 16.000 xal alıblar və bununla da fəxri kürsünün ilk pilləsinə yüksəliblər.