İdman

gimnastikadan

başlayır

Gənc gimnastımız Macarıstanda bürünc medal qazandı

22 may 2018

Gənc gimnastımız Macarıstanda bürünc medal qazandı

Ötən həftə sonu Macarıstanın Kişkunfeledxaza şəhərində qadın idman gimnastikası üzrə beynəlxalq turnir baş tutub.

Yeniyetmələr proqramında ölkəmizi təmsil edən Samirə Qəhrəmanova öz həmyaşıdları arasında uğurlu çıxışı ilə fərqlənib. Belə ki, gimnastımız dayaqlı tullanma proqramında 12.450 xal toplayaraq, turnirin bürünc mükafatına layiq görülüb.

Çoxnövçülükdə isə təmsilçimiz 21 iştirakçı arasında 6-cı yerdə qərarlaşıb.