İdman

gimnastikadan

başlayır

Bədii gimnastlarımız Dünya Kubokunun finalında

16 aprel 2018

Bədii gimnastlarımız Dünya Kubokunun finalında

Bədii gimnastika üzrə millimizin üzvləri ötən həftə Pesaroda (İtaliya) baş tutan Dünya Kubokunda çıxış ediblər.

Qrup hərəkətləri proqramında ölkəmizi təmsil edən Aliyə Paşayeva, Siyana Vasileva, Diana Doman, Zeynəb Hümmətova və Ayşən Bayramova 5 halqa ilə təsnifat mərhələsində 17.300 xal toplayaraq, 8-ci yerdən finala vəsiqə qazanıblar.

Gimnastlarımız həlledici mərhələdə daha uğurlu çıxış nümayiş etdiriblər. Bu dəfə onlar hakimlərdən 17.700 xal alaraq, medalın bir addımlığında – 4-cü yerdə qərar tutublar. 

Fərdi proqramda isə ölkəmizi Zöhrə Ağamirova və Veronika Hudis təmsil edib. Onlardan ən yaxşı nəticəni Zöhrə lent ilə nümayiş etdirib və 51 iştirakçı arasında 12-ci olub.