Bu həftəsonu, bədii gimnastika üzrə milli komandamızın böyük gimnastları İtaliyanın Pesaro şəhərində keçirilmiş Dünya Kubokunda çıxış ediblar.
Aliyə Paşayeva, Siyana Vasileva, Ayşən Bayramova, Diana Əhmədbəyli və Zeynəb Hümmətovadan ibarət qrup hərəkətləri komandamızın 3 halqa və 2 cüt gürzlə icra etdikləri kompozosiya finalda 19.100 xalla dəyərləndirilib və qızlarımız yarışı 8-ci yerlə başa vurub.
Fərdi gimnastlarımız Zöhrə Ağamirova və Veronika Qudis isə 71 iştirakçı arasında çoxnövçülükdə müvafiq olaraq 18 və 21-ci yerdə qərarlaşıblar.