20 avqust 2018
Bu həftəsonu, Minskdə (Belarus) bədii gimnastika üzrə “Challenge” seriyasına aid Dünya Kuboku başa çatıb.
39 ölkədən 200-dən çox gimnastın iştirak etdiyi turnirdə Azərbaycan təmsilçiləri də iştirak ediblər. Aliyə Paşayeva, Siyana Vasileva, Zeynəb Hümmətova, Ayşən Bayramova və Diana Domandan ibarət qrup hərəkətləri komandamız çoxnövçülükdə 8-ci olaraq qərarlaşıb. Komandamız həmçinin hər iki kompozisiya ilə final mərhələsinə keçməyi də bacarıb.
Qızlarımız 5 halqa ilə final çıxışlarına görə 19.800 xal alaraq 6-cı, 3 top – 2 ip ilə kompozisiyaya görə isə 5-ci yerdə qərarlaşıblar.