İdman

gimnastikadan

başlayır

Qrup hərəkətləri komandamız “İlin Milli Komandası” seçildi

26 yanvar 2019

Qrup hərəkətləri komandamız “İlin Milli Komandası” seçildi

Dünən, "Sportsman" jurnalının "Zəfər" Yüksək İdman Nailiyyəti mükafatlarının təqdim etmə mərasimi keçirilib.

“İlin Milli Komandası” nominasiyasında qalib Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası seçilib.

Xatırladaq ki, Aliyə Paşayeva, Siyana Vasileva, Ayşən Bayramova, Zeynəb Hümmətova və Diana Əhmədbəylidən ibarət komandamız ötən ilin Avropa Çempionatının bürünc mükafatçıları olmuşlar. Qızlarımız həmçinin, 2018-ci il ərzində təşkil olunmuş “Challenge” seriyasına aid bütün Dünya Kuboklarının 2 ip və 3 topla çıxışlarının yekun xallarına əsasən Beynəlxalq Gimnastika Federasiyasının xüsusi kubokuna layiq görülmüşlər.