06 avqust 2018
Bu həftəsonu batut üzrə yığma komandamızın üzvləri Yaponiyada (Mayebaşi) keçirilən Dünya Kubokunda iştirak ediblər.
Belə ki, qadın və kişi gimnastlarımız həm fərdi, həm də sinxron proqramda çıxış ediblər. Ən yaxşı nəticəni isə sinxron cütlüyümüz Ruslan Ağamirov və İlya Qrişunin göstərib. 19 ölkədən ən güclü batutçuların da iştirak etdiyi turnirdə gimnastlarımız 45.250 xalla final mərhələsində 6-cı yerdə qərarlaşıblar.