İdman

gimnastikadan

başlayır

Tamblinqçilərimiz Ümumrusiya yarışlarından medallarla qayıdıb

07 iyul 2018

Tamblinqçilərimiz Ümumrusiya yarışlarından medallarla qayıdıb

3-7 iyul tarixlərində Rusiyanın Krasnodar şəhərində batut gimnastikası və tamblinq üzrə Ümumrusiya yarışları keçirilmişdir.

Azərbaycan tamblinqçiləri də bu yarışda uğurla çıxış edərək, vətənə medallarla qayıdıblar. Belə ki, 9-10 yaş kateqoriyasında Aleksey Karataşov,  11-12 yaşlı gimnastlar arasında Bilal Qurbanov qızıl medal, 13-14 yaşlı gimnastlar arasında isə təmsilçimiz Tofiq Əliyev bürünc medal əldə etmişlər. Turnirdə ölkəmizi təmsil edən yeganə xanım gimnastımız Zeynəb Qasımlı da öz komanda yoldaşlarından geri qalmayaraq qızıl medal qazanıb və fəxri kürsünün ilk pilləsinə yüksəlib. 

Böyüklər arasında çıxış edən Avropa Çempionumuz Mixail Malkin də mükafatçılar sırasında yer alaraq, turnirin qızıl medalına sahiblənib.