09 mart 2020
Böyük idman nailiyyətləri arxasında illər öncə kiçik arzu ilə döyünən bir ürək dayanır. Kiçik arzu böyüyərək möhtəşəm arenalarda alqışlar sədasına çevrilir.
Məhz bu səbəbdən Azərbaycan Gimnastika Federasiyası “Öz arzunu çək” adlanan layihəyə start verib. Layihə çərçivəsində Heydər Əliyev Mərkəzinin dəstəyi ilə gimnastika növləri üzrə yığma komanda üzvlərinin tanıtım fotosessiyası təqdim olunub. Burada bədii gimnastlar, kişi və qadın idman gimnastları, batutçular, akrobatlar və aerobika gimnastları iştirak edib.
Bu layihə sayəsində gimnastikanın incəsənətlə nə qədər bağlı olduğunun bir daha şahidi olacağıq.
Gimnastika öz əksini incəsənətdə tapır!
Fotosessiyanı buradan izləyə bilərsiniz.
Təşəkkürlərimiz:
Heydər Əliyev Mərkəzi
Leyla Məmmədova – stilist
Fərhad Əlizadə - fotoqraf
Zahid Baydarov - saç ustası
Ruhəngiz Əliyeva – vizajist