İdman

gimnastikadan

başlayır

Piunov və Qrişunin 10 ən yaxşı gimnastların sırasına daxil oldular

24 mart 2015

Piunov və Qrişunin 10 ən yaxşı gimnastların sırasına daxil oldular

21 mart tarixində Niderlandın Alsmer şəhərində yekunlaşan “Flower Cup 2015” adlı beynəlxalq yarışın nəticələrinə əsasən Azərbaycan batutçuları Oleq Piunov və İlya Qrişunin 10 ən yaxşı gimnastların sırasına daxil oldular.

Belə ki, Qrişunin 6-cı, onun komanda yoldaşı Piunov isə 8-ci yerdə qərarlaşdı. Bu kateqoriyada ümumi 42 iştirakçı mübarizə aparırdı. Havada uçuş müddətinə görə hakimlərdən ən yüksək xal alan Oleq Piunov yarışın xüsusi mükafatına layiq görüldü.